MƏHSULDARLIQ VƏ SƏMƏRƏLİLİYİN ARTIRILMASI MƏQSƏDİ İLƏ İSTEHSAL SİSTEMLƏRİNDƏ İŞ VƏ ZAMAN ARAŞDIRMASININ TƏTBİQİ
Abstract
Description
<p>Bu məqalə iş və zaman araşdırmasının vacibliyini, zaman standartlarını təsvir edir və vurğulayır, əlavə olaraq onların tətbiqi sahəsinin praktik nümunəsini özündə ehtiva edir. İstənilən müəssisə zaman araşdırması üsullarından istifadə və əməyin qiymətləndirilməsi metodologiyalarının düzgün tətbiqi ilə inkişaf etdirilə bilər. İdarəçilər həmişə bacardıqca demək olar ki, hər bir istehsal müəssisəsində istehsal vaxtını minimuma endirməyə çalışırlar. İnkişaf xammaldan daha səmərəli istifadə, enerjiyə qənaət, texnikadan effektiv istifadə, iş zamanının azaldılması, yüksək məhsuldarlıq, yüksək mənfəət və s. ilə əldə edilə bilər. Bu tədqiqat işi bir-hissəli axın, eyni-zamanlı (parallel) istehsal, dəzgah və metod optimallaşdırılması və s. kimi istehsalın təkmilləşdirilməsi, zaman və xərclərin azaldılması üsullarının bir çox tətbiqini özündə ehtiva edir. Düzgün avadanlığın seçilməsi prosesi o qədər vacibdir ki, bununla istehsal kiçik addımlı təkmilləşdirmələrdən fərqli olaraq böyük ölçüdə optimallaşdırıla bilər. İstehsal xüsusiyyətlərindən və onun bazar və xüsusən də keyfiyyət tələblərindən asılı olaraq bu üsulların faydası və təsiri bir-birindən fərqlidir. Dəyər qatmayan proseslərin aradan qaldırılması istehsalçılara bütün keyfiyyət amillərinə diqqət yetirmək üçün böyük şans verir və bununla da demək olar ki, bütün istehsal müssəti istehsalçının real hədəfinə sərf olunur.</p>
Citation
Collections
Endorsement
Review
Supplemented By
Referenced By
Rights and licensing
info:eu-repo/semantics/openAccess
Creative Commons Attribution 4.0 International
https://creativecommons.org/licenses/by/4.0/legalcode
Creative Commons Attribution 4.0 International
https://creativecommons.org/licenses/by/4.0/legalcode