About this resource

Təqdim olunan bu kitabda gözümüzün önündə çox zaman ən mərd
və ən nəcib keyfiyyətləri özündə birləşdirən Azərbaycan kişisi haqqında
simalar canlanır. Bu, mif deyil, uydurulmuş qəhrəman obrazı deyil. Onlar
tarixdə yaşamış, davranışı, mərdliyi və yüksək keyfiyyətləri ilə, 44 gün
içində əsrlərllə sümük kimi boğazımızda ilişib qalmış problemi həll edərək
adını qızıl həriflərlə tariximizə həkk etmiş insanlardır. Bizim
ədəbiyyatımızın, dastanlarımızın, yaddaşımızın dərin qatlarında həmin
kişilərin izləri var. Bu hekayələr sözlərdə deyil, xalqın yaddaşında,
davranışında, nəsildən-nəslə ötürülən hekayələrində hələ də unudulmur.
Azərbaycan kişisinin obrazı yalnız güc və cəsarət deyil, həm də
ədalət və şəfqət idi. Bu dəyərlərin bəzi hallarda necə təhrif olunduğunu,
hansı sosial, psixoloji və mədəni “kodların” zorakılığı doğurduğunu
anlamaq -bu vəsaitin əsas məqsədidir. Biz bu kodları çözmək, onların
mənbəyinə işıq salmaq və dəyişimin mümkün yollarını göstərmək üçün
yola çıxırıq.

Files and access
Resources are read online through DARE. Direct file links are not published; access is checked against DSpace when a document is opened. Authorised librarian workflows are unaffected.
This record contains bibliographic metadata, but no files are currently attached.